12 dekabr 2025. Cümə

Murillo bu klubların hədəfində


  • Transfer
  • 23:59 11.12.2025
  • Oxunma sayı: 34
Murillo bu klubların hədəfində

“Nottingem Forest”ın mərkəz müdafiəçisi Murillo “Çelsi” və “Real” klublarının transfer siyahısında yer alıb.

90deqiqe.Az-ın "Mail Sport"a istinadən məlumatına görə, braziliyalı futbolçu 2026-cı ilin yayında başqa klubda oynamağa açıqdır.

Lakin “Forest”ı onu satmağa razı salmaq üçün rekord məbləğ, yəni 62,7 milyon avrodan çox təklif edilməlidir. Bu mövsümdə 23 yaşlı Murillo bütün turnirlər nəzərə alınmaqla 13 oyunda iştirak edib və 1 qol vurub.

Futbolçunun “Nottingem Forest” ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Transfermarkt-a görə, Murillonun bazar qiyməti 55 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı