14 dekabr 2025. Bazar günü

“Mançester Siti”nin üç futbolçusu qışda komandadan ayrıla bilər


  • Transfer
  • 14:58 14.12.2025
  • Oxunma sayı: 59
“Mançester Siti”nin üç futbolçusu qışda komandadan ayrıla bilər

“Mançester Siti”nin üç futbolçusu qış transfer pəncərəsində komandadan ayrılmağa yaxındır.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, söhbət müdafiəçi Riko Lyuis, hücumameyilli yarımmüdafiəçi Oskar Bobb və vinger Saviodan gedir.

 “Şəhərlilər” yanvar ayında bu üç futbolçu ilə yollarını ayırmağa hazırdır. Məqsəd əldə ediləcək vəsaiti heyətin gücləndirilməsinə yönəltməkdir.

Transfermarkt portalı 21 yaşlı Riko Lyuis və Savionun transfer dəyərini müvafiq olaraq 35 və 45 milyon avro, 22 yaşlı Oskar Bobbun qiymətini isə 25 milyon avro olaraq dəyərləndirir.

Qeyd edək ki, Xosep Qvardiolanın komandası bu gün Premyer Liqa çərçivəsində səfərdə “Kristal Pelas”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində