14 dekabr 2025. Bazar günü

Kobbi Maynu Avropanın nəhəng klublarının radarındadır


  • Transfer
  • 15:10 14.12.2025
  • Oxunma sayı: 66
Kobbi Maynu Avropanın nəhəng klublarının radarındadır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynu Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, 20 yaşlı futbolçunun transferində "Napoli", “Çelsi” və “Bavariya” klubları maraqlıdır.  Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

İngilis futbolçunun özü isə daha çox oyun praktikası əldə edə biləcəyi komandaya keçmək istəyir.

Maynu İngiltərə millisinin 2026-cı il dünya çempionatına aparılacaq heyətinə düşməyi hədəfləyir. Yarımmüdafiəçi “Napoli”yə keçidi üstün tutur. İtaliya A Seriyasının çempionu da futbolçuya maraq göstərir.

Kobbi Maynunun transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində