16 dekabr 2025. Çərşənbə axşamı

“Barselona” onun üçün hərəkətə keçdi


  • Transfer
  • 23:24 15.12.2025
  • Oxunma sayı: 68
“Barselona” onun üçün hərəkətə keçdi

“Barselona” klubu müdafiə xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Sky"a istinadən məlumatına görə, Kataloniya təmsilçisi Dortmund “Borussiya”sının futbolçusu Yulian Ryersonla maraqlanır.

Norveçli futbolçu universallığı ilə seçilir və müdafiənin həm sağ, həm də sol cinahında çıxış edə bilir.  “Barselona” artıq Ryersonun nümayəndələri ilə ilkin danışıqlar aparıb.

Qeyd edək ki, 28 yaşlı Yulian Ryersonun Dortmund “Borussiya”sı ilə mövcud müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. Transfermarkt portalının mütəxəssisləri futbolçunun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.







Transfer