16 dekabr 2025. Çərşənbə axşamı

"Mançester Siti" yeni müdafiəçi seçdi


  • Transfer
  • 23:26 15.12.2025
  • Oxunma sayı: 67
"Mançester Siti" yeni müdafiəçi seçdi

“Mançester Siti” klubu müdafiə xəttində yenidənqurma aparmağı planlaşdırır.

90deqiqe.Az-ın "The Times"ə istinadən məlumatına görə, bu proses çərçivəsində “şəhərlilər” “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qexini transfer etməyi hədəfləyiblər.

Mənbə bildirir ki, “Siti” Qexini son mövsümlər ərzində yaxından izləyib. 25 yaşlı müdafiəçini yay transfer pəncərəsində azad agent kimi heyətə qatmaq mümkün olacaq. Belə ki, futbolçunun “Kristal Pelas”la mövcud müqaviləsi mövsümün sonunda başa çatır.

Hazırda “Mançester Siti” Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Xosep Qvardiolanın komandası lider “Arsenal”dan iki xal geri qalır (34 xal – 36 xal).







Transfer