16 dekabr 2025. Çərşənbə axşamı

“İnter Mayami” “Real”ın sabiq futbolçusunu transfer etdi


  • Transfer
  • 23:30 15.12.2025
  • Oxunma sayı: 69
“İnter Mayami” “Real”ın sabiq futbolçusunu transfer etdi

“İnter Mayami” klubu heyətini Serxio Reqilonla gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, “Real”ın keçmiş üzvü ilə iki illik müqavilə imzalanıb və əlavə olaraq müqaviləni bir il uzatma opsiyası da mövcuddur.

Futbolçu MLS klubu ilə keçidi barədə danışıb:
“Bu, çox ambisiyalı layihədir, qalib gələn klub, hər şeyi düzgün edən bir komandadır və məni də məhz bu cəlb etdi. Buraya qələbələrə davam etmək və rəqabət aparmaq üçün gəlmişəm. Məqsədim – qalib gəlməyə, titul qazanmağa davam etmək və burada hər şeyi qazanmaqdır”, – Reqilon klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, qışın əvvəlində “İnter Mayami” MLS Kubokunu qazanıb. Finalda Xavyer Maskeranonun komandası “Vankuver”i 3:1 hesabı ilə məğlub edib.







Transfer