- Transfer
- 23:59 15.12.2025
“Çelsi” klubu baş məşqçisi Enzo Mareskanın “klubda ən pis 48 saat” barədə verdiyi qəribə açıqlamadan sonra məşqçi dəyişikliyi etməyi düşünür.
90deqiqe.Az-ın "Daily Express"ə istinadən məlumatına görə, London təmsilçisi Mareska ilə yollar ayrıldığı halda müraciət edə biləcəyi mütəxəssislərin qısa siyahısını hazırlayıb.
Siyahıda aşağıdakı məşqçilərin adları yer alıb: Erik ten Haq, Zinəddin Zidan, Qaret Soutqeyt, Liam Rosenyor, Frenk Lempard və Brendan Rodcers.
Hazırda “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və lider “Arsenal”dan 8 xal geri qalır. Komandanın növbəti oyunu dekabrın 16-da Kubok Liqasında “Kardiff Siti”yə qarşı baş tutacaq.