16 dekabr 2025. Çərşənbə axşamı

“Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi


  • Transfer
  • 23:39 15.12.2025
  • Oxunma sayı: 67
 “Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi

Yaponiyalı müdafiəçi Takehiro Tomiyasu yeni klubu bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu cari mövsümün sonuna qədər “Ayaks”la müqavilə imzalayacaq.

Qeyd edək ki, Tomiyasu 2025-ci ilin yayında azad agent statusunu qazanıb. 2022-ci ildən “Arsenal”ın şərəfini qoruyan futbolçu son mövsümdə zədələr səbəbindən demək olar ki, meydana çıxmayıb.

Dekabrın 16-da Tomiyasu yeni kluba tibbi baxışdan keçmək və müqavilə imzalamaq üçün Amsterdamda olacaq.  “Arsenal”a keçməzdən əvvəl Tomiyasu İtaliyanın “Bolonya” klubunda çıxış edib.







Transfer