- Transfer
- 23:59 15.12.2025
41 yaşlı müdafiəçi Tiaqo Silva “Fluminense”dən ayrılacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
Braziliyalı futbolçu dünya çempionatından öncə karyerasında yeni mərhələyə başlamaq niyyətindədir. Onun əsas məqsədi Avropaya qayıtmaqdır və yanvardan etibarən yeni klubunda çıxış edə biləcək.
Qeyd edək ki, Silva sentyabr ayında 41 yaşını qeyd edib. O, 2024-cü ildən “Fluminense”də oynayır, bundan əvvəl dörd il İngiltərənin “Çelsi” klubunun şərəfini qoruyub. Braziliya millisində isə 2008–2022-ci illərdə çıxış edib.