16 dekabr 2025. Çərşənbə axşamı

“Atletiko” Mark Kukurelyanı heyətinə qatmaq istəyir


  • Transfer
  • 23:59 15.12.2025
  • Oxunma sayı: 63
“Atletiko” Mark Kukurelyanı heyətinə qatmaq istəyir

“Çelsi”nin cinah müdafiəçisi Mark Kukurelya karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə,  Madrid “Atletiko”su 27 yaşlı oyunçu ilə maraqlanır.

“Matrasnik”lərin çalışdırıcısı Dieqo Simeone ispaniyalı futbolçunun transferini əsas təşəbbüskar hesab olunur. İspaniya nəhəngi futbolçunun agenti ilə də danışıqlara başlayıb. Lakin “Çelsi” komandadakı aparıcı oyunçunu satmaq niyyətində deyil və onu transfer etmək üçün yüksək məbləğ tələb edəcək. B

Transfermarkt ekspertlərinin qiymətləndirməsinə görə, Kukurelyanın bazar dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, Mark Kukurelyanın “Çelsi” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.







Transfer