- Transfer
- 12:17 16.12.2025
“Çelsi” klubunun rəhbərliyi Enzo Mareskanın istefası ilə bağlı planlar hazırlayır.
90deqiqe.Az xəbər verir ki, italyan mütəxəssisi yanvarda vəzifəsindən azad etmək nəzərdə tutulur.
Son həftələrdə klub rəhbərliyi keçmiş “Barselona” baş məşqçisi Xavi ilə danışıqlar aparır.
Mareska, “Everton”u (2:0) məğlub etdikləri Premyer Liqa oyunundan sonra verdiyi intervüsündə “Çelsi” rəhbərliyində bəzilərinin onu və klubunu dəstəkləmədiyini açıqlayıb.
İtalyan mütəxəssis 2024-cü ilin yayından etibarən “Çelsi”ni çalışdırır. Hazırda klub İngiltərə Premyer Liqasında 28 xalla 4-cü sıradadır.