17 dekabr 2025. Çərşənbə

“Barselona” Premyer Liqadan müdafiəçi gətirir


  • Transfer
  • 21:34 16.12.2025
  • Oxunma sayı: 45
“Barselona” Premyer Liqadan müdafiəçi gətirir

“Aston Villa”nın mərkəz müdafiəçisi Pau Torres karyerasını “Barselona”da davam etdirə bilər.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, İspaniya nəhəngi futbolçunun xidmətində maraqlıdır və onu müdafiə xəttini gücləndirmək üçün mümkün namizədlərdən biri kimi nəzərdən keçirir.

Kataloniya klubu 28 yaşlı futbolçunun çıxışını izləməkdə davam edir. “Blaqrana”nın transfer bazarındakı əsas hədəflərindən biri solayaq mərkəz müdafiəçisi tapmaqdır və Pau Torres bu tələblərə tam cavab verir.

Qeyd olunur ki, futbolçunun özü də İspaniyaya qayıtmaq variantını istisna etmir və əgər “Barselona” onun transferi ilə bağlı konkret və ciddi addımlar atsa, təklifi nəzərdən keçirməyə hazırdır.

Cari mövsümdə İngiltərə Premyer Liqasında Pau Torres “Aston Villa”nın heyətində 12 oyunda iştirak edib.







Transfer