- Transfer
- 21:06 17.12.2025
"İnter Mayami" komandası hücumçu Luis Suaresin müqaviləsini uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə yeni razılaşma 2026-cı ilin sonuna qədər nəzərdə tutulub.
Klubun rəsmi saytında bildirilib ki, Suarez 2025-ci ildə keçirdiyi tarixi mövsümdən sonra yeni müqavilə imzalayıb. Onun zəngin təcrübəsi və liderlik keyfiyyətləri komandaya üçüncü və dördüncü titulun — Şərqi Konfrans çempionluğu və MLS Kubokunun — qazanılmasında həlledici rol oynayıb.
Uruqvaylı futbolçu 2024-cü ildə "Qremio"dan "İnter Mayami"yə keçib və transfer 4 milyon avro qarşılığında reallaşıb. Ötən mövsümdə MLS-də 32 oyuna çıxan hücumçu 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Komanda ilə birlikdə o, MLS çempionluğunu da qazanıb.
Suares Uruqvay millisinin tarixində ən çox qol vuran futbolçudur, Amerika Kubokunun qalibi, İspaniya çempionu və Kubok sahibi, "Barselona" ilə Çempionlar Liqası qalibi, həmçinin Uruqvay və Niderland çempionudur.