17 dekabr 2025. Çərşənbə

PSJ Mbappeyə təxminən 100 milyon avro ödəyə bilər


  • Transfer
  • 21:06 17.12.2025
  • Oxunma sayı: 26
PSJ Mbappeyə təxminən 100 milyon avro ödəyə bilər

PSJ hazırda "Real Madrid"də çıxış edən sabiq futbolçusu Kilian Mbappeyə ümumi olaraq təxminən 100 milyon avro ödəməli ola bilər.

90deqiqe.Az-ın "RAC1"ə istinadən məlumatına görə, bu məbləğ ödənilməmiş maaşlar və mükafatlar nəzərə alınmaqla hesablanıb.

Paris məhkəməsi əvvəlcə klubun oyunçuya qarşı iddialarını tamamilə rədd edib və PSJ-ni Mbappenin əvvəlki borcunu — təxminən 61 milyon avro — ödəməyə məcbur edib. Bu borc Mbappenin "Real"a pulsuz keçidindən əvvəlki dövrü əhatə edir.

Oyunçunun hüquqşünasları bildirir ki, bütün ödənilməmiş ödənişlər nəzərə alındıqda klubun ümumi borcu 100 milyon avronu ötə bilər. Lakin vergilər və sosial ödənişlər səbəbindən Mbappe faktiki olaraq təxminən 25-26 milyon avro alacaq.

Əvvəlki xəbərlərdə bildirilirdi ki, Mbappe PSJ-dən 253 milyon avro tələb edirdi, klub isə futbolçuya qarşı qarşıt maliyyə iddiaları irəli sürmüşdü.







Transfer