18 dekabr 2025. Cümə axşamı

"Volfsburq" braziliyalı müdafiəçi ilə müqavilə imzaladı


  • Transfer
  • 23:48 17.12.2025
  • Oxunma sayı: 20
"Volfsburq" braziliyalı müdafiəçi ilə müqavilə imzaladı

“Flamenqo”nun müdafiəçisi Kleyton Santana dos Santos 2026-cı il yanvarın 1-dən etibarən azad agent kimi Almaniyanın “Volfsburq” klubuna keçəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb.

Rio-de-Janeyro təmsilçisinin yetirməsi olan 22 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.

“Volfsburq”un idman direktoru Peter Kristiansen transferlə bağlı açıqlamasında bildirib:

“Kleyton fiziki gücü oyunu yaxşı oxuma bacarığı ilə birləşdirir. O, solayaqlı, müasir mərkəz müdafiəçisidir və böyük inkişaf potensialına malikdir. İnanırıq ki, Kleyton Bundesliqanın səviyyəsinə tədricən uyğunlaşacaq və gələcəkdə müdafiəmizdə vacib rol oynayacaq”.

Cari mövsümdə Kleyton klub səviyyəsində 7 oyunda meydana çıxıb, 2 sarı vərəqə alıb və 1 dəfə qırmızı vərəqə ilə cəzalanıb. Transfermarkt portalı futbolçunun dəyərini 800 min avro olaraq qiymətləndirir.







Transfer