18 dekabr 2025. Cümə axşamı

“Santos” Neymarla müqaviləni uzatmaq istəyir


  • Transfer
  • 23:48 17.12.2025
  • Oxunma sayı: 21
“Santos” Neymarla müqaviləni uzatmaq istəyir

“Sanots” klubu ulduz futbolçusu Neymarı daha bir mövsüm heyətində saxlamaq niyyətindədir.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, braziliyalı hücumçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar artıq irəliləmiş mərhələdədir və tərəflər arasında əməkdaşlığın davam etdirilməsi barədə şifahi razılıq mövcuddur.

Bununla belə, “Flamenqo” Neymarı transfer etmək üçün cəhdlər göstərir. Klubun bəzi futbolçuları 33 yaşlı hücumçunu komandada görmək istədiklərini bildiriblər.

Qeyd edək ki, “Flamenqo” bu yaxınlarda Libertadores Kubokunun qalibi olub.

Neymarın əsas məqsədi optimal forma yığmaq və 2026-cı ildə keçiriləcək dünya çempionatında Braziliya millisinin heyətində çıxış etməkdir.







Transfer