- Transfer
- 17:00 18.12.2025
İngiltərənin “Mançester Yunayted” klubu qış transfer pəncərəsində iki böyük transfer həyata keçirməyi planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "CaughtOffside" saytı məlumat yayıb.
“Qırmızı şeytanlar”ın diqqətində “Bornmut”un hücumçusu Antuan Semenyo və “Nottingem Forest”ın yarımmüdafiəçisi Elliot Anderson var. Klub uzun müddətdir ki, yarımmüdafiə xəttini gücləndirməyə çalışır. Artıq futbolçuların agentləri ilə danışıqlara başlanılıb.
Cari mövsümdə Semenyo Premyer Liqanın 15 oyununda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Anderson isə 16 matçda iştirak edərək 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
16 turdan sonra “Mançester Yunayted” 26 xalla turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.