18 dekabr 2025. Cümə axşamı

“Tottenhem” 19 yaşlı hücumçu ilə maraqlanır


  • Transfer
  • 16:05 18.12.2025
  • Oxunma sayı: 31
“Tottenhem” 19 yaşlı hücumçu ilə maraqlanır

Braziliyanın “Vasko Da Qama” klubunun hücumçusu Rayan “Tottenhem”in maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "NT Vascaínos"a istinadən məlumatına görə, London klubu 19 yaşlı vinqerin xidmətində maraqlıdır. İngiltərə klubu artıq futbolçunun agenti ilə də əlaqə saxlayıb.

“Spurs” braziliyalı üçün komandasına rəsmi təklifini bu qış transfer pəncərəsində təqdim etməyə hazırlaşır.  

Lakin futbolçunun transferinə “Real” klubu mane ola bilər – “kremli”lər Rayan üçün 50 milyon avro ödəməyə hazırdır.

Cari ildə gənc futbolçu bütün turnirlərdə 56 matçda iştirak edib, 20 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt saytının qiymətləndirməsinə görə, Rayanın dəyəri 25 milyon avrodur.







Transfer