18 dekabr 2025. Cümə axşamı

“İnter” xorvatiyalı müdafiəçi transfer edir


  • Transfer
  • 16:13 18.12.2025
  • Oxunma sayı: 39
“İnter” xorvatiyalı müdafiəçi transfer edir

Zaqreb “Dinamo”sunda çıxış edən müdafiəçi Moris Valinçiç karyerasını İtaliyanın “İnter” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya klubu qış transfer pəncərəsində xorvatiyalını heyətinə qatmağı planlaşdırır. Artıq futbolçunun agenti ilə də danışıqlara başlanılıb.

 Milan klubunun rəhbərliyi Valinçiçi ilə Denzel Dumfrisə alternativ kimi görür. Dumfris hələ də ayaq biləyindən aldığı zədədən bərpa olunur.

“İnter” qış transfer pəncərəsində “Dinamo”ya rəsmi təklif göndərə bilər. Cari mövsümdə Valinçiç 14 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 2 milyon avrodur.







Transfer