18 dekabr 2025. Cümə axşamı

Tyaqo Silva “Fluminense”dən ayrıldı


  • Transfer
  • 17:00 18.12.2025
  • Oxunma sayı: 33
Tyaqo Silva “Fluminense”dən ayrıldı

Braziliyanın “Fluminense” klubu müdafiəçisi Tyaqo Silvanın müqaviləsini ləğv edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klub rəsmi saytı məlumat yayıb.

“Keçən il klubumuza qlobal futbol əfsanəsi kimi qayıdan Tyaqo Silva “Fluminense”ə sədaqət və sevgi irsi qoyub. Klub onun bütün karyerası boyunca göstərdiyi fədakarlığa və peşəkarlığa görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır”. - deyə, klubun məlumatında qeyd olunub.

Silva klubun gənclər sisteminin bütün pillələrindən keçərək əsas komandada iki ayrı dövrdə çıxış edib. O, “Fluminense”in heyətində 185 oyunda iştirak edib, 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

Daha əvvəl məlumat verilmişdi ki, müdafiəçi yenidən Avropada çıxış etmək niyyətindədir.







Transfer

"İnter"i "Barselona"ya dəyişir?
  • Transfer
  • 20:42 18.12.2025
"İnter"i "Barselona"ya dəyişir?