18 dekabr 2025. Cümə axşamı

"İnter"i "Barselona"ya dəyişir?


  • Transfer
  • 20:42 18.12.2025
  • Oxunma sayı: 28
"İnter"i "Barselona"ya dəyişir?

"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisi futbolçunun transferi ilə bağlı rəsmi sorğu göndərib.

La Liqa nəhənginin idman direktoru Deko 26 yaşlı futbolçunun mümkün transferini müzakirə etmək məqsədilə yaxın vaxtlarda Milana səfər edəcək.

"Barselona" Bastonini mərkəz müdafiəçisi Ronald Arauxonun potensial əvəzləyicisi kimi nəzərdən keçirir.

Bildirilir ki, Arauxo daha əvvəl emosional vəziyyətini yaxşılaşdırmaq üçün komandadan müvəqqəti ayrılıb. Bununla belə, vurğulanır ki, katalon klubu üçün Bastoninin yanvar ayında transferi xeyli çətin olacaq.

Cari mövsümdə italiyalı futbolçu bütün turnirlərdə 19 matça çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bastoninin "İnter"lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 80 milyon avro təşkil edir.







Transfer

"İnter"i "Barselona"ya dəyişir?
  • Transfer
  • 20:42 18.12.2025
"İnter"i "Barselona"ya dəyişir?