18 dekabr 2025. Cümə axşamı

Levandovski Messi ilə eyni komandada çıxış etməyəcək


  • Transfer
  • 21:02 18.12.2025
  • Oxunma sayı: 31
Levandovski Messi ilə eyni komandada çıxış etməyəcək

"Barselona"ın hücumçusu Robert Levandovski "İnter Mayami"nin transfer siyahısında yer almır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O, polşalı hücumçunun Lionel Messi ilə eyni komandada oynamayacağını qeyd edib.

37 yaşlı futbolçu hazırda diqqətini yalnız "Barselona"ya yönəldib və gələcəyi ilə bağlı qərarını növbəti il verəcək.

Onun katalon klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt Levandovskini 9 milyon avro dəyərində qiymətləndirir.







Transfer

"İnter"i "Barselona"ya dəyişir?
  • Transfer
  • 20:42 18.12.2025
"İnter"i "Barselona"ya dəyişir?