- Transfer
- 23:57 18.12.2025
Almaniyanın “Ayntraxt” klubu “Yurqorden” klubunda çıxış edən sol cinah müdafiəçisi Keyta Kosuginin transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Frankfurt təmsilçisinə keçəcək və yanvarın 1-dən etibarən komandaya qoşulacaq.
Müqavilənin detalları açıqlanmasa da, İsveç mətbuatının məlumatına görə, transferin məbləği təxminən 5,5 milyon avro təşkil edib.
Yaponiya gənclər millisinin üzvü 2025-ci il mövsümündə İsveç çempionatında 28 oyunda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçu Yaponiya U20 və U23 milli komandalarının da formasını geyinib.