19 dekabr 2025. Cümə

Kriştiano Ronaldonun transfer dəyəri yenidən dəyişmədi


  • Transfer
  • 23:32 18.12.2025
  • Oxunma sayı: 31
Kriştiano Ronaldonun transfer dəyəri yenidən dəyişmədi

İlin sonuna yaxın "Transfermarkt" futbolçuların bazar dəyərlərini aktiv şəkildə yeniləyir.

90deqiqe.Az xəbər verir ki, yenidən qiymətləndirilən oyunçular arasında “Əl-Nəsr”in və Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo da yer alıb.

Lakin 40 yaşlı futbolçunun transfer dəyəri dəyişməz qalıb – 12 milyon avro.

Qeyd edək ki, 2024-cü ilin sonunda Ronaldonun bazar qiyməti 15 milyon avrodan 12 milyon avroya endirilmişdi. Bundan sonra “Qızıl top”un beşqat qalibinin dəyəri iki dəfə yenidən nəzərdən keçirilsə də, dəyişiklik edilməyib.

Xatırladaq ki, Ronaldo ötən yay “Əl-Nəsr” klubu ilə yeni müqavilə imzalayıb. Onun sözləşməsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.







Transfer

"İnter"i "Barselona"ya dəyişir?
  • Transfer
  • 20:42 18.12.2025
"İnter"i "Barselona"ya dəyişir?