- Transfer
- 15:17 11.03.2026
"Transfermarkt" Səudiyyə Pro-liqasının oyunçularının qiymətlərini yenidən nəzərdən keçirib.
90deqiqe.Az xəbər verir ki, “Əl-İttihad”ın hücumçusu Kərim Benzema bir milyon avro dəyər itirib.
2022-ci ilin “Qızıl top” sahibi fransalı ulduz indi 6 milyon avro dəyərində qiymətləndirilir. Son dörd yenilənmədə Benzemanın qiyməti davamlı olaraq azalıb – 10, 8, 7 və indi 6 milyon avro.
Azalmanın əsas səbəbi futbolçunun yaşıdır – Kərim bu cümə günü 38 yaşını qeyd edəcək. Onun ən yüksək qiyməti 2016-2017 mövsümündə 60 milyon avro təşkil edib.