- Transfer
- 23:53 19.12.2025
17 yaşlı isveçli dayaq yarımmüdafiəçisi Vinsent İbrahimoviç "Milan"la ilk peşəkar müqaviləsini imzalayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, klubun gənc futbolçular üçün nəzərdə tutulan «Milan Futuro» layihəsinə cəlb olunub.
Vinsentin böyük qardaşı Maksimilian da hazırda "Milan"ın U-19 komandasında çıxış edir. Onların atası Zlatan İbrahimoviç 2010–2012-ci illərdə "Milan"ın şərəfini qoruyub və karyerasını da bu klubda başa vurub.