20 dekabr 2025. Şənbə

"İnter"dən  "Mançester Yunayted"ə


  • Transfer
  • 22:55 19.12.2025
  • Oxunma sayı: 49
"İnter"dən  "Mançester Yunayted"ə

"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, 29 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted", həmçinin "Nyukasl" və "Aston Villa" klubları maraqlıdır. Bu klublar futbolçunun ayaq biləyi zədəsinə baxmayaraq onun transferi ilə maraqlanırlar.

Məlumata görə, komandalar Dumfrisin gələn bahar mövsümündə sağalmasını izləməyi və sonrasında yay transfer pəncərəsində onun alınıb-alınmaması barədə qərar verməyi planlaşdırırlar.

Cari mövsümdə müdafiəçi bütün turnirlər üzrə 15 oyunda iştirak edib və 3 qol vurub. Futbolçunun «İnter»lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, Dumfrisin bazar dəyəri 35 milyon avrodur.







Transfer