- Transfer
- 23:53 19.12.2025
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, "Tottenhem" klubu alman qapıçını heyətinə qatmaqla maraqlıdır.
"Barselona" ter Ştegenin satışına hazırdır, lakin hələlik klublar arasında konkret danışıqlar başlamayıb.
Ter Ştegen 2014-cü ilin yayından etibarən Kataloniya klubunda çıxış edir. Onun "Barselona" ilə mövcud müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, qapıçının bazar dəyəri 7 milyon avrodur.