- Transfer
- 23:53 19.12.2025
"Transfermarkt" portalı Bundesliqadakı futbolçuların qiymətlərini yeniləyib.
90deqiqe.Az-ın məlumatına görə, ən çox dəyəri artan oyunçu "Bavariya"nın hücum yarımmüdafiəçisi Lenart Karl olub. 17 yaşlı futbolçunun bazar dəyəri 40 milyon avro artaraq 60 milyon avroya çatıb ki, bu da 200%-lik yüksəliş deməkdir.
İkinci yerdə "Leyptsiq"in qanad oyunçusu Yan Diomand qərarlaşıb; onun qiyməti 25 milyon avro artaraq 45 milyon avroya yüksəlib. Üçüncü yerdə "Köln"dən Said El-Mala və "Hamburq"dan Luka Vuşkoviç var, hər ikisinin qiyməti 22 milyon avro qalxaraq 40 milyon avro olub.
Lenart Karl 2025-ci ilin iyunundan «Bavariya»da çıxış edir, onun klub ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Cari mövsümdə oyunçunun statistikası 21 matç, 6 qol və 2 məhsuldar ötürmədir.