- Transfer
- 23:53 19.12.2025
"Trua"nın hücumçusu Matis Deturbe karyerasını "Mançester Siti"də davam etdirə bilər.
90deqiqe.Az-ın "Footmercato"ya istinadən məlumatına görə, "şəhərlilər" 18 yaşlı futbolçunun xidmətində maraqlıdır. Fransalı futbolçu artıq Mançester klubunun məşq bazasını ziyarət edib.
Deturbenin transferində "Monako" və "Roma" da rəqabət aparır. Rəqib "Roma" klubu 8 milyon avro və iki bonus təklif etsə də, "Trua" bu təklifi rədd edib.
Cari mövsümdə Deturbe Fransa çempionatında 16 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. «Mançester Siti» üçün əlavə üstünlük ondan ibarətdir ki, «Trua» City Football Group strukturlarına daxildir ki, bu da transfer prosesini asanlaşdıra bilər.
Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 4 milyon avrodur.