- Transfer
- 23:53 19.12.2025
"Liverpul" Məhəmməd Salahın klubdan ayrılma ehtimalını nəzərə alaraq, gələn yay hücum xəttini gücləndirmək üçün variantları araşdırır.
90deqiqe.Az-ın "Dailysports"a istinadən məlumatına görə, Mersisayd klubu "Atletik Bilbao"nun cinah hücumçusu Niko Uilyamsın xidmətində maraqlıdır. İngiltərə klubu ispan futbolçu üçün artıq danışıqlara başlayıb.
Uilyamsın özü isə "Real"a keçmək istəyir, çünki "Barselona" prezidenti Joan Laporta onun katalon klubuna keçidinə imkan verməyib.
Qeyd edək ki, keçən yay 23 yaşlı oyunçu "Atletik Bilbao" ilə müqaviləsini 2035-ci ilin iyununa qədər uzadıb və müqaviləyə 95 milyon avro məbləğində çıxış hüququ şərti daxildir.
Cari mövsümdə Uilyams bütün turnirlər üzrə 16 oyunda çıxış edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.