20 dekabr 2025. Şənbə

Tyaqo Silva karyerasını “Portu”da davam etdirəcək


  • Transfer
  • 19:26 20.12.2025
  • Oxunma sayı: 45
Tyaqo Silva karyerasını “Portu”da davam etdirəcək

Braziliyalı müdafiəçi Tyaqo Silva Portuqaliyanın “Portu” klubu ilə müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təcrübəli futbolçu ilə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq qısamüddətli müqavilə bağlanıb. Razılaşmaya əsasən, tərəflər istəsələr, anlaşmanı 2027-ci ilin yayına qədər uzada biləcəklər. Bildirilir ki, “Portu”nun baş məşqçisi Andre Villaş-Boaş müdafiəçinin transferində xüsusi maraqlı olub.

Qeyd edək ki, Tyaqo Silva daha əvvəl Braziliyanın “Fluminense” klubundan azad agent kimi ayrılıb. O, bu komandanın heyətində 212 oyuna çıxıb, 19 qol vurub və kapitan sarğısını daşıyıb. Müdafiəçi “Fluminense”də çıxış etdiyi müddətdə 2007-ci ildə Braziliya Kubokunun qalibi olub.







Transfer