20 dekabr 2025. Şənbə

"Everton" onu birdəfəlik transfer etmək istəyir


  • Transfer
  • 21:13 20.12.2025
  • Oxunma sayı: 46
"Everton" onu birdəfəlik transfer etmək istəyir

“Everton” mövsümün sonunda icarə əsasında komandada çıxış edən “Mançester Siti”nin hücumçusu Cek Qrilişin heyətdə saxlanılmasını planlaşdırır.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, “Everton”un baş məşqçisi Devid Moyes şəxsən Qrilişlə əməkdaşlığın davam etməsini istəyir.

Klubun planına görə, “Mançester Siti” ilə danışıqlar apararaq oyunçunu təxminən 34 milyon avroya daimi transfer etmək niyyətindədir.

İcarə müqaviləsinə əsasən, “Everton” Qrilişin transferini 57 milyon avroya heç bir danışıqsız rəsmiləşdirə bilər. Hazırkı mövsümdə 30 yaşlı oyunçu “Everton”un heyətində 17 matç keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer