21 dekabr 2025. Bazar günü

“Real” “Əl-Hilal”ın futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 22:04 20.12.2025
  • Oxunma sayı: 35
“Real” “Əl-Hilal”ın futbolçusunu transfer etmək istəyir

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun yarımmüdafiəçisi Nuno Neveş karyerasını “Real” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, Madrid klubu futbolçunun xidmətində maraqlıdır. İspaniya nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlaıb.

Avropaya qayıtmağa qərarlı olan Neveşin növbəti klubu “Real” ola bilər.

Cari mövsümdə Xabi Alonso rəhbərliyi altında çıxış edən komanda oyunu idarə etməkdə müəyyən çətinliklərlə üzləşib, çünki heyətdə temp diktə edə biləcək yarımmüdafiəçi çatışmır. Neveş isə “Real”ın mövcud heyətində olmayan keyfiyyətləri təklif edə bilər.

Neveş 2023-cü ildən “Əl-Hilal”da çıxış edir. Bu mövsümdə isə bütün turnirlərdə 15 matç keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer