- Transfer
- 23:52 20.12.2025
“Tottenhem”in sabiq baş məşqçisi Ange Postekoglu yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.
90deqiqe.Az-ın "SNN Sports"ə istinadən məlumatına görə, 60 yaşlı çalışdırıcı “Lids” klubunun "sükanı arxasına" keçə bilər.
Məlumata görə, avstraliyalı mütəxəssis ilə “Lids” komandası hazırkı mövsümdə Premyer Liqada qalmaq uğrunda mübarizə apardığı üçün danışıqlar aparır.
Bundan əvvəl, Şotlandiyanın “Seltik” klubu da mütəxəssislə əlaqə saxlayaraq onun baş məşqçi kimi klubda işləməyə hazır olub-olmadığını öyrənib.
Postekoglu sonuncu dəfə “Nottingham Forest” komandasına rəhbərlik edib və komandaya bu ilin sentyabr-oktyabr aylarında çalışıb. 16 turdan sonra “Lids” Premyer Liqa cədvəlində 17-ci pillədə qərarlaşıb və 16 xala malikdir.