21 dekabr 2025. Bazar günü

Ter Ştegen Premyer Liqa klubuna keçə bilər


  • Transfer
  • 23:50 20.12.2025
  • Oxunma sayı: 42
Ter Ştegen Premyer Liqa klubuna keçə bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, 33 yaşlı qolkiperlə “Aston Villa” klubu maraqlanır.

Birmingem təmsilçisi alman qapıçının fiziki vəziyyəti ilə bağlı məlumat istəyib.

“Aston Villa” Emiliano Martinesin gələcəyi ilə bağlı qeyri-müəyyənlikdən narahatdır və buna görə də müxtəlif variantları nəzərdən keçirir.

Ter Ştegen yaxın zamanlarda ciddi zədədən qayıdıb.

Cari mövsümdə ter Ştegen İspaniya Kubokunda bir oyunda iştirak edib və qapısında qol görməyib. Onun “Barselona” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.







Transfer