- Transfer
- 23:52 20.12.2025
“Bavariya”nın yarımmüdafiəçisi Aleksandr Pavloviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, “Mançester Siti” və “Çelsi” alman futbolçunun xidmətində maraqlıdır.
“Mançester Siti” 21 yaşlı futbolçunu Rodri Ernandesin əvəzləyici olaraq nəzərdən keçirir. Hər iki klub artıq futbolçunun agenti ilə danışıqlara başlayıb. Lakin hələlik “Bavariya” öz yetirməsini satmaq niyyətində deyil.
Cari mövsümdə Pavloviç bütün turnirlərdə 21 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.