- Transfer
- 16:05 21.12.2025
“Qarabağ” klubunun sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikada davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 29 yaşlı hücumçunun yeni klubu “Pumas” olub. Braziliyalı forvard Meksika təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən etibarən “Qarabağ”ın formasını geyinib. O, cari ilin əvvəlində Braziliyanın “Flamenqo” klubuna transfer olunmuşdu.