- Transfer
- 17:07 21.12.2025
“İnter” klubunun müdafiəçisi Alessandro Bastoni komandadan ayrıla biləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, 26 yaşlı futbolçu hazırkı vəziyyətindən razıdır və Avropanın məşhur klublarının marağına baxmayaraq, komandadan getmək niyyətində deyil.
Buna baxmayaraq, “Mançester Siti” hələ də italiyalını transfer edəcəyi ümidini itirmir.
Cari mövsümdə Bastoni bütün turnirlərdə 20 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 80 milyon avrodur.