21 dekabr 2025. Bazar günü

“Milan” “Vest Hem” ilə razılığa gələ bilmir


  • Transfer
  • 15:52 21.12.2025
  • Oxunma sayı: 31
“Milan” “Vest Hem” ilə razılığa gələ bilmir

 “Vest Hem”in hücumçusu Niklas Füllkruq karyerasını “Milan”da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya klubu 32 yaşlı futbolçunun xidmətində maraqlıdır və oyunçunun transferi ilə bağlı danışıqları davam etdirir. Tərəflər razılığa yaxınlaşıblar və danışıqlar son mərhələdədir.

“Vest Hem”ə alman futbolçu üçün icarə təklifi, eyni zamanda gələcəkdə alış seçimi təqdim olunub. Tam razılaşmanın yaxın günlərdə əldə olunacağı gözlənilir.

Cari mövsümdə Füllkruq bütün turnirlərdə 9 oyunda iştirak edib, lakin məhsuldar hər hansı göstəriciyə imza atmayıb. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq