21 dekabr 2025. Bazar günü

“Çelsi” Ceksonu satışa çıxardı


  • Transfer
  • 16:29 21.12.2025
  • Oxunma sayı: 36
“Çelsi” Ceksonu satışa çıxardı

“Çelsi” əsas heyətdə yerini itirmiş hücumçu Nikolas Ceksonu satışa çıxarmağa hazırlaşır.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, 24 yaşlı futbolçu mövsümün sonunda “Bavariya”dakı icarə müddətini başa vurduqdan sonra Münhen klubunda qalmayacaq.

Məlumata görə, seneqallı üçün maraq göstərən klublar arasında İngiltərənin “Nyukasl”, “Aston Villa” və “Everton” komandaları var. Həmçinin, Madridin “Atletiko”su və İtaliyanın “Napoli”si də mümkün namizədlər sırasındadır.

Qeyd olunur ki, Münhen klubu Ceksonu 65 milyon avroya daimi transferə ala bilər, lakin bu variantın reallaşması ehtimalı azdır.

Cari mövsümdə seneqallı hücumçu 18 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun London klubuyla mövcud müqaviləsi 2033-cü ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq