21 dekabr 2025. Bazar günü

Avropa nəhəngləri onu hədəfə aldılar


  • Transfer
  • 17:07 21.12.2025
  • Oxunma sayı: 43
Avropa nəhəngləri onu hədəfə aldılar

"Atalanta"nın sağ cinah müdafiəçisi Marko Palestra karyerasını Avropanın nəhəng klublarında davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, İspaniyanın “Barselona”, İngiltərənin “Liverpul”, “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” klubları 20 yaşlı futbolçunun xidmətində maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

 Mənbənin bildirdiyinə görə, gənc müdafiəçiyə həmçinin Almaniyanın “Bavariya” və Madridin “Atletiko” klubları da maraqlıdır. Hazırda onun transfer qiyməti 35–40 milyon avro aralığında qiymətləndirilir, lakin “Atalanta” müdafiəçini satmaqda tələsmir.

Bu futbolçu cari mövsümdə İtaliyanın “Kalyari” klubunda icarə əsasında çıxış edir. 

Cari mövsümdə Palestra 14 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 8,5 milyon avrodur.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq