- Transfer
- 18:00 21.12.2025
Dortmundun “Borussiya” klubunun mərkəz müdafiəçisi Niklas Süle karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Milan” klubu alman futbolçunun xidmətində maraqlıdır.
ötən həftə artıq “rossenerilər” və 30 yaşlı futbolçunun nümayəndələri arasında danışıqlar baş tutub.
Süle İtaliya klubuna keçid üçün açıqdır, lakin onun əsas şərti müqavilənin ən azı 2028-ci ilə qədər olmasıdır. Cari mövsümdə futbolçu bütün turnirlər nəzərə alınmaqla 5 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Sülenin “Borussiya” ilə mövcud müqaviləsi yaxın yay mövsümünün sonuna qədər qüvvədədir. Transfermarkt portalına görə, müdafiəçinin bazar qiyməti 5 milyon avro olaraq qiymətləndirilir.