22 dekabr 2025. Bazar ertəsi

Maynu “Mançester Yunayted”də qalacaq


  • Transfer
  • 19:39 22.12.2025
  • Oxunma sayı: 36
Maynu “Mançester Yunayted”də qalacaq

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynunun yaxın transfer pəncərəsində komandadan ayrılması ehtimalı azdır.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, buna səbəb “qırmızı şeytanlar”ın kapitanı Bruno Fernandeşin aldığı zədədır. Portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 17-ci turunda “Aston Villa” ilə matçın (1:2) fasiləsində, ilk hissədə oyun epizodlarından birində hiss etdiyi narahatlıq səbəbindən əvəzlənib.

Mənbənin bildirdiyinə görə, Maynunun “Mançester Yunayted”dən yaxın vaxtlarda nə icarə əsasında, nə də birdəfəlik transferlə ayrılması planlaşdırılmır.

Qeyd edək ki, Kobbı Maynu cari mövsümdə mankunianların heyətində 12 oyunda iştirak edib. Futbolçunun transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq