22 dekabr 2025. Bazar ertəsi

Anselmino "Çelsi"yə qayıda bilər


  • Transfer
  • 21:27 22.12.2025
  • Oxunma sayı: 36
Anselmino "Çelsi"yə qayıda bilər

Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Aaron Anselmino artıq qış transfer pəncərəsində komandadan ayrıla bilər.

90deqiqe.Az-ın "Sky Sport DE"yə istinadən məlumatına görə, 20 yaşlı futbolçunun çıxışı Dortmund klubunu qismən qane etsə də, argentinalının yalnız 9 oyunda iştirak etdiyi üçün komandadan getmək ehtimalı mövcuddur. Bildirilir ki, Anselminonun müqaviləsində müəyyən oyun dəqiqəsi limitinə çatmadığı halda onun geri çağırıla bilməsi barədə maddə yer alıb.

Ekspertlər Sky Sport-a açıqlamasında hesab edirlər ki, “Çelsi” bu opsiyadan istifadə etməyəcək, çünki futbolçu klub üçün əsas prioritet deyil. Cari mövsümdə Anselmino 564 dəqiqə oyun müddətində 1 qol vurub, 1 məhsuldar ötürmə edib və 1 sarı vərəqə alıb. Transfermarkt portalı onun transfer qiymətini 12 milyon avro olaraq qiymətləndirir.







Transfer