- Transfer
- 23:18 22.12.2025
“Vest Hem”in hücumçusu Niklas Füllkruq karyerasını İtaliyada davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, İngiltərə klubu və “Milan” alman forvardın İtaliya klubuna keçidi barədə razılığa gəlib.
“Rossoneri” Füllkruqu cari mövsümün sonuna qədər icarəyə götürəcək. Müqavilədə yayda istifadə edilə biləcək alma opsiyası da nəzərdə tutulub. İcarə üçün “Milan” “Vest Hem”a hər hansı ödəniş etməyəcək, lakin futbolçunun maaşını tam şəkildə üzərinə götürəcək.
Cari mövsümdə Füllkruq 8 oyunda iştirak edib, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.