- Transfer
- 23:59 22.12.2025
Fransanın “Lion” klubu “Real” komandasında çıxış edən hücumçu Endrikin icarəsi ilə bağlı razılaşmanı tamamlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna qədər – Fransa təmsilçisinin formasını geyinəcək. Razılaşmaya əsasən, braziliyalı futbolçunun maaşı klublar arasında yarıbayarı bölüşdürüləcək. Eyni zamanda, “Lion”un Endriki birdəfəlik transfer etmək hüququ olmayacaq və icarə müddəti başa çatdıqdan sonra futbolçu yenidən “Real”a qayıdacaq.
Qeyd edək ki, Endrik 2025/2026 mövsümündə “Real”ın heyətində cəmi üç oyunda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb. Buna baxmayaraq, Madrid klubunun baş məşqçisi Xabi Alonso futbolçunun meydanda olduğu anlarda çıxışını müsbət qiymətləndirib.
Braziliyalı hücumçunun transfer dəyəri hazırda 25 milyon avro olaraq göstərilir.