23 dekabr 2025. Çərşənbə axşamı

FİFA “Əl-Nəsr”ə tətbiq edilən transfer qadağasını ləğv edib


  • Transfer
  • 11:35 23.12.2025
  • Oxunma sayı: 41
FİFA “Əl-Nəsr”ə tətbiq edilən transfer qadağasını ləğv edib

Beynəlxalq Futbol Federasiyası (FİFA) Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna tətbiq edilən transfer qadağasını ləğv edib.

90deqiqe.Az xəbər verir ki,  bu barədə jurnalist və insayder Fabrisio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, FİFA “Əl-Nəsr”in bütün öhdəlikləri yerinə yetirdiyini təsdiqləyib və klubla bağlı iş bağlanıb.

Qeyd edək ki, daha əvvəl KİV-də yayılan məlumatlara əsasən, transfer qadağası “Əl-Nəsr”in 2023-cü ildə mərkəz müdafiəçisi Emerik Laportun transferinə görə “Mançester Siti”yə olan borcu səbəbindən tətbiq olunmuşdu. Bildirilirdi ki, Səudiyyə klubu “şəhərlilər”ə təxminən 9 milyon avro ödəməyib və borcun qaytarılma müddəti 31 avqustda başa çatıb.

Xatırladaq ki, Emerik Laport ötən payız “Əl-Nəsr”dən “Atletik” (Bilbao) klubuna transfer olunub. Hazırda “Əl-Nəsr”in heyətində beşqat “Qızıl top” mükafatı sahibi Kriştianu Ronaldo çıxış edir.







Transfer