23 dekabr 2025. Çərşənbə axşamı

“Çelsi” də onun üçün yarışa qoşuldu


  • Transfer
  • 12:25 23.12.2025
  • Oxunma sayı: 18
“Çelsi” də onun üçün yarışa qoşuldu

“Nottingem Forest”ın mərkəz yarımmüdafiəçisi Elliot Anderson “Çelsi”nin maraq dairəsinə düşüb.

90deqiqe.Az xəbər verir ki, Andersona Premyer Liqanın aparıcı klublarından böyük maraq var, “Çelsi” də onlardan biridir. Lakin yanvar ayında transferin baş tutması ehtimalı azdır, çünki “meşəçilər” futbolçunu satmaq üçün 92-115 milyon avro tələb edirlər.

Elliotu heyətində görmək istəyənlər arasında “Mançester Siti”, “Mançester Yunayted”, “Bavariya” və “Çelsi” klubları var. Lakin transferin reallaşması bir çox hallarda klubların baş məşqçiləri ilə bağlı qərarlardan asılı olacaq, çünki adıçəkilən komandaların məşqçi heyəti hələ tam dəqiqləşməyib.

Cari mövsümdə 23 yaşlı Anderson bütün turnirlərdə 22 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer