- Transfer
- 13:27 23.12.2025
“Vest Hem”in almaniyalı hücumçusu Niklas Füllkruq İtaliyaya səfər edərək “Milan”la keçid öncəsi tibbi müayinədən keçib.
90deqiqe.Az xəbər verir ki, tərəflər artıq transferin bütün detalları üzrə razılığa gəliblər. Füllkruq mövsümün sonuna qədər “rossoneri”yə icarə əsasında qoşulacaq. Müqavilədə futbolçunun mövsümün sonunda birdəfəlik alış opsiyasının olması nəzərdə tutulub.
Cari mövsümdə 29 yaşlı hücumçu 9 matç keçirib, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Transfermarkt portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.